1
Bazar ertəsi
Mar 17

58 yaşlı Salma Hayek gözəl qədd-qaməti barədə danışdı

Beyaz_Gul
Hollivudun məşhur aktrisası Salma Hayek gözəl qədd-qaməti barədə danışıb.

King.Az xəbər verir ki, o, "Marie Claire" jurnalına müsahibəsində gözəllik sirləri ilə bölüşüb.

58 yaşlı S.Hayek idman zalında məşq etmədiyini deyib. Aktrisanın sözlərinə görə, hərdənbir yeriş edir:

"İldə dörd dəfə mən musiqini qoşub qaçış cığırında addımlayıram Məndən qaçmağı istəməyin, mənim sinəm buna uyğun deyil".

Aktrisa bədən quruluşundan məmnun olduğunu da söyləyib.
Şərhlər (0)

Şərh yaz