Britaniyalı aktrisa Emma Uotsona sürət həddini aşdığı üçün avtomobil idarə etmək qadağan edilib.
King.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Audi S3" avtomobilində sürət həddini aşan Uotson altı ay müddətinə sürücülük hüququndan məhrum edilib. O, ötən il iyulun 31-də İngiltərənin Oksford şəhərində 48 km/saat sürət limiti zonasında 60 km/saat sürətlə hərəkət edib.
Altı aylıq sürücülük qadağası ilə yanaşı, aktrisa 1 044 funt sterlinq (təxminən 2 370 manat) cərimələnib.
Məlumata görə, bu, Uotsonun iki ildən az müddətdə dördüncü yol hərəkəti qaydaları pozuntusudur.
Oxşar Mövzular

Qidanı necə saxlamaq və qızdırmaq daha təhlükəsizdir?
11-03-2026, 17:41Vladimir Putin İlham Əliyevə zəng etdi
15-11-2024, 16:21
KİV: ABŞ İran ətrafında hərbi təyyarələrin sayını artırıb
23-02-2026, 12:34