Məşhur Hollivud aktyoru Corc Kluni Fransa vətəndaşlığını alıb.
King.Az-ın xəbərinə görə, bu barədə "Agence France-Presse" (AFP) nəşri məlumat verib.
Məlumata görə, Kluni ilə birlikdə onun həyat yoldaşı və iki uşağına da Fransa vətəndaşlığı verilib.
Daha əvvəl bildirildiyinə görə, aktyor Fransada daşınmaz əmlak əldə edib, ölkənin cənub-şərqində bir ərazi və üzüm bağı alıb, vaxtının çox hissəsini ailəsi ilə birlikdə orada keçirir.
Bundan əlavə, Kluni dəfələrlə Fransa mədəniyyətinə və tarixinə olan sevgisini vurğulayıb.
Oxşar Mövzular
Raşford "Qalatasaray"ın hədəfində: İngiltərəli ulduz transfer olunacaq?
24-12-2024, 23:40
Şahbuz şəhərində üç saat işıq olmayacaq
13-01-2026, 14:49