Arıqlamağa çalışan insanlar çox vaxt daha az bilinən, lakin effektiv çəki itirmə üsullarını gözardı edirlər.
King.Az xəbər verir ki, rusiyalı məşqçi Viktor Mandzyak öz "Facebook" səhifəsində effektiv arıqlamaq üçün üç faydalı üsuldan danışıb.
Arıqlamağın üç yolu
1. Kiçik boşqablarda yeyin
Yediyimiz qidanın miqdarına dair qavrayışımız toxluq hissimizə birbaşa təsir edir. Kiçik qabda verilən porsiya, böyük qabda olan eyni miqdarlı porsiyadan daha böyük görünür. Xörəklərinizi daha kiçik boşqablara çəkməklə daha tez toxluq hissi əldə edə bilərsiniz.
2. Birinci yeməklərə (şorbalara) üstünlük verin
Adi su toxluq hissi yaratmır, çünki mədəni tez tərk edir və insulin, leptin kimi toxluq hormonlarını stimullaşdırmaq üçün zəruri olan kaloriyə malik deyil. Lakin şorbaların tərkibindəki su fərqli təsir göstərir. Şorbalar həm daha doyurucudur, həm də onları müntəzəm qəbul edənlər adətən daha rahat çəki saxlayırlar. Vacib məqam budur ki, şorbalara mayonez və ya ağ çörək əlavə etməkdən çəkinmək lazımdır, çünki bunlar artıq kalori mənbəyidir.
3. Daha çox lif istehlak edin
Tərəvəzlər, meyvələr, dənli bitkilər və paxlalılar liflə zəngindir. Lif orqanizmin sağlamlığında, xüsusən də yoğun bağırsaqdakı faydalı bakteriyaların qidalanmasında mühüm rol oynayır. Arıqlamaq istəyənlər üçün lifin əhəmiyyəti ondadır ki, o, həzm prosesini yavaşladaraq kalori udulmasını azaldır və toxluq hissini uzun müddət qoruyub saxlayır.
Oxşar Mövzular
Qrenlandiyadan Trampa cavab: "ABŞ adanı ala bilməyəcək"
31-03-2025, 11:11UEFA Avropa Liqası: "Ayaks" uduzdu, "Latsio" qalib gəldi
7-03-2025, 03:29
