0
Bazar
Mar 23

"YouTube"da yeni funksiya olacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"YouTube" platforması videotəsvirin çözümlülüyündən ayrıca olaraq, səsin keyfiyyətini seçmək imkanı verən yeni funksiyanı sınaqdan keçirir.

Bu barədə King.Az "Android Authority"yə istinadla xəbər verir.

Hal-hazırda platformada səsin keyfiyyəti videotəsvirin çözümlülüyündən asılı deyil. Belə ki, 144 piksel və ya 4K seçimindən asılı olmayaraq, audio dəyişməz olaraq qalır.

Yeni funksiyada isə istifadəçilər səsin keyfiyyətini sərbəst tənzimləmək imkanı əldə edəcəklər.

Funksiyada üç seçim olacaq - "avto", "orta" və "yüksək". Yeniliyin "YouTube Premium" abunəçiləri üçün əlçatan olacağı ehtimal edilir.
Şərhlər (0)

Şərh yaz