1
Cümə
İyn 13

Populyar onlayn servislərin işində qlobal nasazlıq olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bütün dünyada nəhəng onlayn servislərin işində böyük nasazlıqlar qeydə alınıb.

King.Az bu barədə "Downdetector" saytına istinadla xəbər verir.

Xüsusilə istifadəçilər müxtəlif "Google" xidmətlərinin, o cümlədən "Google Cloud", "Drive", "Meet", "Gmail", "Google Maps", həmçinin axtarış sistemi və "YouTube" videohostinqinin əlçatan olmamasından kütləvi şəkildə şikayət ediиlər.

"Google" artıq bildirib ki, nasazlıq barədə daxil olan məlumatları öyrənirlər.

Eyni zamanda "Amazon Web Services", "Cloudflare", "Spotify", "Discord", "Snapchat", "Twitch" və "OpenAI" daxil olmaqla əsas rəqəmsal platformaların işində də nasazlıqlar qeydə alınıb.

Şərhlər (0)

Şərh yaz