0
Cümə
Dek 05

ETX bəzi veb-resurslarda müvəqqəti dayanmanın səbəbini açıqladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bu gün "Cloudflare"nin qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə platformanın xidmətindən istifadə edən bir çox veb-resurslarında müvəqqəti dayanma baş verib.

King.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, dayanmalara səbəb kimi "Cloudflare"nin son günlərdə "Aisuru botnet" tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.

Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.

Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.

Şərhlər (0)

Şərh yaz