0
Bazar ertəsi
Yan 12

PUBG pulsuz oyununu təqdim edəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Məşhur kollektiv döyüş oyunu olan PUBG sayca altıncı versiyasını təqdim edir.

Oxu.az championat.com-a istinadən xəbər verir ki, yeni PUBG: BLINDSPOT fevralın 5-də "Steam" platformasında istifadəçilərin ixtiyarına veriləcək.

Oyunçular unikal qabiliyyətlərə malik müxtəlif personajlardan istifadə edə biləcəklər. Yeni oyunda əsas məqsəd "Counter-Strike" və ya "Rainbow Six: Siege" oyunlarındakı kimi bomba yerləşdirmək və ya ona qarşı müdafiə olunmaq olacaq.

Qeyd edək ki, oyun pulsuz olacaq. Həmçinin, yaxın zamanda "PUBG: Black Budget" oyunu da işıq üzü görəcək.

Şərhlər (0)

Şərh yaz