2
Çərşənbə
Okt 16

ADU-nun tələbələri niyə üç aydır təqaüd ala bilmirlər?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Bir aydır yeni tədris ili başlasa da, Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri təqaüdlərini almayıblar. Tələbələr iyul, avqust, sentyabr, həmçinin oktyabr ayının da tələbə təqaüdünün verilmədiyini bildiriblər. Ümumiyyətlə, Azərbaycan universitetlərində tələbə təqaüdlərinin gecikdirilməsi halları vaxtaşırı baş verir.

Azərbaycan Dillər Universiteti (ADU) həmin təhsil müəssisəsində oxuyan tələbələrin təqaüdlərinin gecikdirilməsinə aydınlıq gətirib.

Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, yaxın günlərdə tələbələrin təqaüdləri ödəniləcək:

"Gecikməyə səbəb tədris ilinin yeni başlaması olub, yaxın günlər ərzində təqaüdlərin hamısı veriləcək".
Şərhlər (0)

Şərh yaz