0
Çərşənbə
Noy 06

Tramp öz iqamətgahında keçiriləcək ziyafətə yollanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçki ilə bağlı ziyafətə qatılmaq üçün özünün Florida ştatındakı Mar-a-Laqo iqamətgahına yola düşüb.

Bu barədə King.Az "Associated Press" nəşrinə istinadən xəbər verir.

Respublikaçının bu axşam toplaşmış tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir.

Eyni zamanda, materialın müəllifləri Ağ Evdəki anonim mənbəyə istinadən bildiriblər ki, Demokratlar Partiyasından namizəd Kamala Harris bu axşam ictimaiyyət qarşısında çıxış etməyi planlaşdırmır.
Şərhlər (0)

Şərh yaz