0
Cümə axşamı
Noy 21

Bayden administrasiyasından Kiyevlə bağlı sonuncu qərar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ Prezidenti Co Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası ABŞ Konqresinə Ukraynanın 4.65 milyard dollar məbləğində borcunu silmək istəyini bildirib.

Bu barədə King.Az "Bloomberg" nəşrinə istinadən xəbər verir.

"Ağ Ev aprel ayında təsdiqlənmiş 60 milyard dollarlıq əlavə paket çərçivəsində Ukraynaya verilən 9 milyard dollar kreditin yarısını ləğv edir", - deyə nəşr yazıb.

Həmçinin qeyd edilib ki, bu qərar gedən administrasiya tərəfindən Kiyev rejiminə yardım çərçivəsində sonuncu qərar olacaq.

Eyni zamanda bildirilib ki, borcun ləğv edilməsi Ukraynaya qalib gəlməyə kömək etməlidir və bu, ABŞ, Avropa İttifaqı, G7 və NATO-nun milli maraqlarına cavab verəcək.
Şərhlər (0)

Şərh yaz