0
Cümə axşamı
Dek 26

ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycana başsağlığı verib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, o, bu barədə özünün "X" hesabında yazıb.

"Azərbaycan Hava Yolları" QSC-nin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərini kədərlə qarşıladıq. Düşüncələrimiz və dualarımız həlak olanların ailələrilədir, yaralananlara tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycana kömək etməyə hazırıq", - məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 25-i səhər saatlarında "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Qəzada 38 nəfər həlak olub, sağ qalan 29 nəfərdən bəziləri ağır vəziyyətdə xəstəxanada müalicə alır.
Şərhlər (0)

Şərh yaz