0
Cümə
Dek 27

Pakistan ordusu antiterror əməliyyatı keçirib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Pakistan ordusu Xayber-Paxtunxva əyalətində həyata keçirdiyi üç antiterror əməliyyatı zamanı azı 13 silahlını məhv edib.

King.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə ordusunun Xidmətlərarası İctimai Əlaqələr idarəsi məlumat yayıb.

Məlumata görə, Pakistan ordusu Bannu, Şimali Vəziristan və Cənubi Vəziristan rayonlarını ekstremistlərdən təmizləmək üçün bir sıra tədbirlər həyata keçirib. Onların hədəfi qadağan olunmuş "Fitnə əl-Xəvaric" qruplaşmasının (əvvəllər "Təhrik-i-Taliban Pakistan" kimi tanınıb) silahlıları olub.

Qarşıdurmalar zamanı 13 terrorçu öldürülüb, 16-sı yaralanıb. İdarənin məlumatına görə, əməliyyat zamanı bir əsgər həlak olub.
Şərhlər (0)

Şərh yaz