0
Cümə
Dek 27

Kosmosdan Milad "sürprizi": NASA "kosmik yeni il ağacı"nın görüntüsünü təqdim etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Sosial şəbəkələrdə astronomiya həvəskarları üçün Milad ağacına bənzəyən və "kosmik şam" adlanan ulduz topasının yeni fotosu yayılıb.

King.Az-ın verdiyi məlumata görə, kadrları ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) təqdim edib.

Bildirilir ki, "kosmik şamda"kı ulduzların yaşı 1-5 milyon il arasındadır. Bu fakt onların yaşı təxminən 5 milyard il olan Günəşlə müqayisədə xeyli gənc olduğunu göstərir.

Qeyd edilir ki, Yerdən 2,5 min işıq ili məsafədə yerləşən "Milad ağacı"nın təsvirinin yaradılması üçün NASA-nın Alabamadakı rəsədxanasının məlumatlarından və Arizonadakı astrofotoqrafın teleskopundan alınan optik şəkillərdən istifadə edilib.
Şərhlər (0)

Şərh yaz