0
Şənbə
Dek 28

Ağstafada yeniyetmə dəm qazından zəhərlənib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Ağstafada zəhərlənmə hadisəsi baş verib.

King.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Kənd sakini 2009-cu il təvəllüdlü S.Hacıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, S.Hacıyeva dəm qazından yaşadığı evin hamamında zəhərlənib.
Şərhlər (0)

Şərh yaz