0
Bazar
Dek 29

Fransa səfiri təyyarə qəzasında həlak olanların xatirəsini yad edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Fransanın Azərbaycandakı səfiri dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Bu gün səhər Fransanın Azərbaycandakı səfiri dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq hava limanındakı xatirə lövhəsinin önünə gül dəstəsi qoyub. Düşüncələrimiz qurbanlar, onların ailələri və yaxınları ilədir", - paylaşımda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub.
Şərhlər (0)

Şərh yaz