0
Cümə
Yan 03

Qazaxıstan daha iki AES-in inşasına başlamağı planlaşdırır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Qazaxıstan yaxın gələcəkdə ikinci və üçüncü AES-in inşasına başlaya bilər".

King.Az-ın verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev "Ana tili" ("Ana dili") qəzetinə müsahibəsində bildirib.

O, Qazaxıstana böyük, güclü atom stansiyasının lazım olduğuna əminliyini bildirib.

"Üstəlik, yaxın gələcəkdə ikinci və bəlkə də üçüncü AES-in tikintisini başlayacağımızı istisna etmirəm. Nüvə sənayesi artıq enerji çatışmazlığı yaşayan iqtisadiyyatımızın inkişafına güclü təkan verəcək. Hesab edirəm ki, Qazaxıstan inkişaf etmiş nüvə energetikasına malik ölkəyə çevrilməlidir. Onun böyük gələcəyi var", - deyə Qazaxıstan lideri bildirib.
Şərhlər (0)

Şərh yaz