0
Bazar
Yan 05

Tramp Britaniyanın "çox böyük səhvini" açıqladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Böyük Britaniya Şimal dənizində neft və qaz hasilatından imtina etməyi planlaşdırmaqla çox böyük səhv edir. Şimal dənizini açın! Külək dəyirmanlarından qurtulun!".

King.Az xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində məlumat verib.

Qeyd edək ki, ABŞ-nin "Apache" neft şirkətinin sahibi olan APA korporasiyası 2029-cu ilə qədər Şimal dənizindəki fəaliyyətini dayandıracağını açıqlayıb. Şirkət yüksək vergilər və ekoloji qaydaların tətbiqinin işi mənfəətsiz etdiyini bildirib. Belə ki, Britaniya hökuməti tərəfindən neft və qaz hasilatçılarına tətbiq edilən izafi mənfəət vergisi üç faiz bəndi artırılaraq 38%-ə çatdırılıb.
Şərhlər (0)

Şərh yaz