0
Bazar ertəsi
Yan 06

ABŞ-də məhbus vaxtından əvvəl edam olunmasını tələb edir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ-nin Arizona ştatında qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmiş Aron Qançes hökmün tez bir zamanda icrasını tələb edib.

King.Az xəbər verir ki, bu barədə "Associated Press" yazır.

Qançes 2002-ci ildə sevgilisinin keçmiş ərini öldürməkdə təqsirli bilinərək 20 ildən artıqdır ki, gözlədiyi ölüm cəzasına məhkum edilib. İlkin olaraq Qançes 2023-cü ilin aprelində edam edilməli idi, lakin penitensiar sistemdə ixtisaslı kadrların olmaması səbəbindən prosedur təxirə salınıb.

Agentliyin məlumatına görə, məhbus məhkəmədən edam tarixini fevralın ortalarına təyin etməyi xahiş edib.

Məhkum məhkəmə prosesində öz maraqlarını vəkillərsiz təmsil edir. O iddia edir ki, yerli hakimiyyət orqanları heç bir tutarlı səbəb göstərmədən hökmün icrasını qəsdən gecikdirir.
Şərhlər (0)

Şərh yaz