Çin ABŞ üçün elektronika və bəzi digər malların əsas təchizatçısıdır, buna görə ölkələrin qarşılıqlı rüsumlar tətbiq etməsi amerikalı istehlakçılara mənfi təsir göstərə bilər.
King.Az-ın verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi ABŞ Beynəlxalq Ticarət Komissiyasının 2024-cü il məlumatlarına istinadən xəbər verib.
Bildirilib ki, ABŞ-yə idxal olunan oyun konsollarının demək olar ki, 90%-i, smartfonların 70%-dən çoxu, həmçinin notbukların 66%-i Çinin payına düşür.
Bundan əlavə, Çin ABŞ-ni fırça istehsalı üçün lazım olan porsuq və digər heyvanların yunu ilə tam təmin edir.
Həmçinin ABŞ-yə idxal olunan tosterlərin, isidici adyalların, kalsiumun və zəngli saatların 99%-dən çoxu, çətirlər, termoslar, süni güllər və LED lampalarının 90%-dən çoxu Çindən gedir.
Xüsusilə həssas sahə kritik minerallar və nadir torpaq metallarıdır. 2024-cü ildə Çin şirkətləri ABŞ-də istehlak olunan skandium və ittriumun təxminən 80%-ni təchiz edib.
"Çində istehsal olunan mallara, demək olar ki, tam asılılıq bir çox amerikalı istehlakçıların və müəssisələrin ciddi nəticələrlə üzləşə biləcəyi deməkdir", - deyə ekspertlər vurğulayıblar.
Oxşar Mövzular
Umar Keyn - I’m lonely (JamBeats Remix)
30-12-2024, 23:56Bakıda avtomobil 61 yaşlı qadını vuraraq öldürüb
27-12-2024, 13:58