Bəzi üzv dövlətlərin Avropa İttifaqı ilə razılaşması fonunda Türk Dövlətləri Təşkilatından (TDT) mühüm addım atılıb.
King.Az TRT-yə istinadən xəbər verir ki, təşkilatın Ağsaqqallar Şurasının 17-ci iclasının Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilməsi qərara alınıb.
İclas mayın 1-2-də təşkil olunacaq.
Xatırladaq ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Avropa İttifağı ilə saziş imzalayaraq Cənubi Kiprdə səfirlik açmağa qərar verib. Mübahisəli qərardan sonra ŞKTR prezidenti Ersin Tatar türk dövlətlərini yunan tərəfi ilə münasibətlərdə diqqətli olmağa çağırıb.
Oxşar Mövzular

Xaçmazda 60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
14-04-2026, 13:10Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
20-09-2025, 14:34Səyahət zamanı təhlükəli qidalar açıqlandı
10-11-2025, 14:18