Cənubi Koreyada silahlanmış şagird müəllimə və uşaqlara hücum edib.
King.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verir.
Məlumata görə, hadisə nəticəsində altı nəfər yaralanıb.
Hücum Seuldan 110 km cənubda yerləşən Çxondju şəhərində baş verib. Hücum edən şəxs müəllimə və beş şagirdə üz və qarın nahiyəsindən xəsarətlər yetirib, lakin onların heç birinin həyatı üçün təhlükə yoxdur və vəziyyətləri kritik deyil.
Hücum edən şəxs özü isə özünü yaxınlıqdakı su anbarına atıb, lakin xilas edilib və xəstəxanaya çatdırılıb. İndi polis və müstəntiqlər şagirdin motivlərini və hadisənin başvermə şəraitini araşdırırlar.
Oxşar Mövzular
Azərbaycanda kimlər silah ala biləcəklər? - DİN-dən AÇIQLAMA
11-12-2024, 01:15Boksun olimpiadanın proqramında qalması ilə bağlı qərar verildi
20-03-2025, 16:02
