Tokio Universiteti Xəstəxanasının həkimləri Yaponiya imperatoru Akihitoya miokardın ağrısız işemiyası diaqnozu qoyublar.
King.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İmperator Xanədanlığı İdarəsi məlumat verib.
İdarə 91 yaşlı eks-monarxın keçdiyi tibbi müayinənin nəticələrini açıqlayıb.
Bəyanatda bildirilib ki, fəxri imperatorun tibbi müşahidə altında qalmasına ehtiyac var.
Xatırladaq ki, Akihito mayın 6-da tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib, mayın 10-da xəstəxananı salamat şəkildə tərik edib və Tokiodakı iqamətgahına qayıdıb.
Akihito 1989-cu il yanvarın 7-dən 2019-cu ilin aprelin 30-dək - qocalıq səbəbindən könüllü olaraq istefa verməsinə qədər hakimiyyətdə olub. 1 may 2019-cu ildə onun böyük oğlu Naruhito Yaponiya imperatoru olub. Hazırda fəxri imperator tituluna sahib olan Akihito əvvəllər də ürəklə bağlı problemlər yaşayıb - 2022-ci ildə əməliyyat olunub.
Oxşar Mövzular

Körfəz ölkələri İranı cavab tədbirləri ilə hədələdi
2-03-2026, 10:35Kəsilmiş limonu soyuducuya qoymayın
27-01-2025, 00:58