0
Bazar ertəsi
May 26

İbrahima Vadji yenidən "Qarabağ"a qayıdır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Sent-Etyen"in hücumçusu İbrahima Vadji Azərbaycana qayıda bilər.

King.Az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, seneqallı forvard iyunun 30-dək olan müqaviləsini yeniləməyəcək. "Sent-Etyen"dən ayrılacağı dəqiq olan Vadjinin "Qarabağ"a qayıtmaq üzrə olduğu vurğulanıb.

30 yaşlı oyunçu 2022-ci ildə onu bir milyon avroya "Sent-Etyen"ə satan "Qarabağ"a indi azad agent kimi dönməyə hazırlaşır. İddiaya görə, tərəflər arasında danışıqlara başlanılıb. Futbolçu özü "Qarabağ"a qayıdaraq, ona tanış yerdə əvvəlki formasını bərpa edəcəyinə inanır.

Qeyd edək ki, İbrahima Vadji 2021-2022 mövsümündə "Qarabağ"ın heyətində 36 oyunda 20 qol vurub.

Şərhlər (0)

Şərh yaz