0
Cümə axşamı
May 29

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

King.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Maldiv Hökumətinin və xalqının səmimi təbriklərini və xoş arzularını çatdırmaqdan böyük məmnunluq duyuram. Bu tarixi bayram Azərbaycan xalqının müstəqilliyi və öz müqəddəratını təyin etməsi ilə səciyyələnir, onun birliyini və mətanətini simvolizə edir.

Maldiv Respublikası ölkələrimizin mənafeyinə uyğun olaraq ikitərəfli əlaqələri dərinləşdirməyə, tərəfdaşlığı inkişaf etdirməyə sadiqdir.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Şərhlər (0)

Şərh yaz