ABŞ-nin İsraildəki səfirliyi bu gündən fəaliyyətini bərpa edir.
King.Az "Ynet" nəşrinə istinadən xəbər verir ki, eyni zamanda, səfirlik əməkdaşlarına və onların ailələrinə Təl-Əviv, Qüds və Beer Şevadan kənara səyahət etmək qadağandır.
Məlumatda qeyd edilib ki, ABŞ vətəndaşlarına ilk fürsətdə İsraili və ya Fələstin Muxtariyyətini tərk etmə tövsiyəsi də qüvvədə qalır.
"İyunun 25-i səhər Qüds və Təl-Əvivdə konsulluq xidmətləri, o cümlədən ABŞ vətəndaşları üçün pasport və doğum haqqında şəhadətnamələrin verilməsi tam şəkildə bərpa olunacaq. Viza xidmətləri bazar ertəsi, iyunun 30-da bərpa olunacaq", - deyə nəşr bildirib.
Xatırladaq ki, İsrail və İran arasında aktiv hərbi əməliyyatlar zamanı ABŞ səfirliyinin işi dayandırılıb.
Oxşar Mövzular
Ukraynada atəşkəs danışıqları: Rusiya ABŞ-dən nələri tələb edib?
13-03-2025, 14:37
Diddinin həbsdən sonra görünüşü jurnalistləri şoka salıb
20-12-2024, 10:48