0
Cümə
İyn 27

Füzulidə 10-cu sinif şagirdi kanalda batdı, axtarışlar başladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Füzuli rayonunda kanalda batan məktəblinin axtarışlarına başlanılıb.

King.Az-ın məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndi ərazisində baş verib.

Kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin ərazidən keçən su kanalında batdığı ehtimal edilir.

Artıq Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu əraziyə cəlb edilib.

Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdidir.

Şərhlər (0)

Şərh yaz