Yekaterinburqda OMON-çuların azərbaycanlılara hücumu zamanı 2 nəfər qətlə yetirilib, 5 nəfər isə saxlanılıb. Saxlanılan şəxslər xüsusi amansızlıqla döyülərək ağır işgəncələrə məruz qalıblar.
Şair və tərcüməçi Səlim Babullaoğlu Yekaterinburqda baş vermiş faciəli hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.
O, hadisənin milli-etnik zəmindəki gərginlik və bəzi şəxslərin şəxsi maraqları ilə əlaqəli olduğunu bildirib:
"Rusiya mediası yalan məlumat yayır. Bu məsələdə hüquq-mühafizə orqanlarının da iştirak etdiyinə dair ciddi şübhələr var. Biz bu hadisənin açıq şəkildə araşdırılmasını və ədalətin bərpa olunmasını tələb edirik".
Oxşar Mövzular
"Real Madrid"in yay üçün transfer hədəfləri açıqlanıb
13-11-2024, 10:57ABŞ-İran danışıqlarında tərəfləri kimlər təmsil edəcəklər?
8-04-2025, 14:17
