0
Bazar
İyn 29

Qrossi: "İran zənginləşdirilmiş uranın bir hissəsini saxlamış ola bilər"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Tehran ABŞ və İsrailin zərbələrinə baxmayaraq, İranda mövcud olan zənginləşdirilmiş uranın bir qismini saxlamış ola bilər".

King.Az TASS-a istinadla xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib.

O, Tehranın malik olduğu ehtimal edilən 400 kiloqram 60 faizə qədər zənginləşdirilmiş uran barədə danışarkən deyib:

"Bu materialın harada ola biləcəyini bilmirik. Zərbələr zamanı bir hissəsi məhv edilə, lakin bir hissəsinin isə yeri dəyişdirilə bilərdi. Bunu dəqiqləşdirmək lazımdır".

Şərhlər (0)

Şərh yaz