0
Çərşənbə axşamı
İyl 01

İranlı hakerlər Trampı yaxın ətrafının məxfi yazışmalarını ifşa etməklə hədələyirlər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İranla əlaqəli olduqları iddia edilən hakerlər ABŞ Prezidenti Donald Trampın ətrafından oğurladıqları məktubları yayımlamaqla hədələyiblər.

King.Az bu barədə "Reuters" agentliyinə istinadla məlumat verir.

Bildirilir ki, kibercinayətkarların əlinə Ağ Evin aparat rəhbəri Syuzan Uayls, ABŞ prezidentinin vəkili Lindsi Xalliqan, dövlət başçısının müşaviri Rodcer Stoun, eləcə də pornoaktrisa Stormi Denielsin hesablarından təxminən 100 giqabaytlıq material keçib.

Agentlik qeyd edir ki, hakerlər bu elektron məktubları satmağa hazır olduqlarını bildiriblər, lakin onların məzmunu barədə məlumat verməyiblər.

Şərhlər (0)

Şərh yaz