0
Cümə
İyl 04

Tramp Ağ Evdə UFC döyüşünün keçiriləcəyini açıqlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini açıqlayıb.

King.Az xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bu barədə Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

"Təsəvvür edin, Ağ Evin ərazisində UFC döyüşü keçirəcəyik. Bunun üçün kifayət qədər yerimiz var", - deyə D.Tramp qeyd edib.

Onun sözlərinə görə, söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir. Lakin D.Tramp döyüşün tarixini və iştirakçıların adını dəqiqləşdirməyib.

Şərhlər (0)

Şərh yaz