"Yaponiya gəmi və təyyarələrinin Çinə qarşı apardıqları kəşfiyyat fəaliyyəti iki ölkə arasındakı dənizdə və hava məkanında təhlükəsizlik üçün risk səbəbidir".
King.Az TASS-a istinadla xəbər verir ki, bu bəyanatla Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Szyan Bin çıxış edib.
Onun sözlərinə görə, Yaponiyanın kəşfiyyat təyyarələri son zamanlar yaxın kəşfiyyat aparmaqdan ötrü Şərqi Çin dənizində Çinin hava hücumundan müdafiə sistemlərinin tanıma zonasına daxil olublar:
"Çin aviasiyası Yaponiyanın kəşfiyyat fəaliyyətinə cavab olaraq identifikasiya, izləmə və müşahidəni təmin edib".
Oxşar Mövzular
Frankovski "Qalatasaray"la müqavilə imzalamaq üçün İstanbula gələcək
10-02-2025, 13:35