Vyetnamda Halonq körfəzi akvatoriyasında turist gəmisinin batmasının nəticələrinin aradan qaldırılması üzrə əməliyyat davam edir.
King.Az bu barədə VTC portalına istinadla xəbər verir.
İyulun 20-də xilasedicilər kruiz gəmisinin batması nəticəsində həlak olan daha dörd nəfərin meyitini sudan çıxarıblar.
Yenilənmiş məlumatlara görə, hadisə nəticəsində 38 nəfər ölüb. Daha beş nəfərin taleyi naməlum olaraq qalır - onların yeri dəqiqləşdirilir.
Rəsmi məlumata görə, kruiz gəmisinin göyərtəsində 53 nəfər olub. Gəmi iyulun 19-da güclü tufan nəticəsində aşıb.
Oxşar Mövzular
UEFA Avropa Liqasında ingilis finalı
9-05-2025, 11:57
Dünya bazarında neft ucuzlaşıb
19-05-2026, 12:59Milli Məclis tərəfdaşlıq sazişini ratifikasiya edib
18-03-2025, 14:56