"İranın dondurulmuş aktivləri məsələsi ABŞ ilə danışıqların əsas mövzusu olaraq qalacaq".
King.Az xəbər verir ki, bunu Nyu-Yorkda BMT çərçivəsində keçirilən tədbirlərdə iştirak edən İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi TASS-a açıqlamasında deyib.
O bildirib ki, 2023-cü ildə Qətərdə altı milyard dollarlıq dondurulmamış İran aktivlərinin bloklanması ABŞ ilə razılaşmaların pozulmasıdır.
Nazir müavini əlavə edib ki, İran Qərbin ona qarşı mümkün sanksiyaları bərpa etməsinə mütləq cavab verəcək və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaq istisna deyil.
Oxşar Mövzular
"Barselona" "Real Madrid"lə görüşdə tarixi uğura imza atıb
13-01-2025, 15:53
Gündəlik Bürclər-(22.02.2025)
22-02-2025, 01:03Pakistanın baş naziri Azərbaycana yola düşüb
3-07-2025, 14:52