ABŞ-nin Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb.
King.Az focus.ua-ya istinadən xəbər verir ki, buna yola tökülən diş məcunu səbəb olub.
Hadisə şahidləri yoldan nanə qoxusu gəldiyini, yol səthinin sürüşkən olduğunu bildiriblər.
Sürüşkən yol səbəbindən kiçik yol-nəqliyyat hadisələri baş verib və sürücülər bu barədə yerli polisə məlumat veriblər.
Əraziyə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları yolun səthində diş məcunu izləri aşkarlayıblar.
Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil, araşdırma aparılır.
Oxşar Mövzular

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində taktiki təlim keçirilib
13-01-2026, 13:32Mərkəzi Amerikanın ən aktiv vulkanı püskürdü
11-03-2025, 11:53