0
Şənbə
İyl 26

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

25 iyul 2025-ci il tarixində SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

King.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə SOCAR-ın 2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə olunub, Müşahidə Şurasının son əyani iclasında baxılan bir sıra məsələlərə dair məlumatlar təqdim edilib.

SOCAR-ın 2025-ci ilin tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi müzakirə olunaraq təsdiq edilib, habelə şirkətin 2025-ci ilin 6 aylıq dövrü üzrə fəaliyyətinin nəticələrinə baxılıb.

İclasda, həmçinin, SOCAR tərəfindən icrası nəzərdə tutulan bir sıra layihələrlə bağlı məlumatlar təqdim olunub.

Şərhlər (0)

Şərh yaz