Tailand ordusunun Kambocanın Pousat əyalətinə hücumu nəticəsində azı 13 kambocalı ölüb, 70-dən çox şəxs yaralanıb.
King.Az bu barədə "Khmer Times" qəzetinə istinadla xəbər verir.
Ölənlərdən beşi hərbi qulluqçu, səkkizi isə mülki şəxsdir. Yaralılardan isə 21-i əsgər, azı 50-i dinc sakindir.
Məlumata görə, iki ölkə arasında üç gündür davam edən eskalasiyada Kamboca hakimiyyəti 35 829 sakini sərhəd rayonlardan təxliyə edib.