0
Bazar ertəsi
Avq 04

Ağ Ev Hindistanı Rusiya-Ukrayna münaqişəsini maliyyələşdirməkdə ittiham etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiya neftini almaqla Ukraynadakı münaqişəni maliyyələşdirdiyini hesab edir.

King.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller "Fox Business"ə müsahibəsində bildirib.

"O, aydın şəkildə dedi ki, Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsi qəbuledilməzdir", - deyə Miller vurğulayıb.

O qeyd edib ki, Tramp Ukraynadakı münaqişənin həlli üçün diplomatik və maliyyə üsulları da daxil olmaqla, bir sıra rıçaqları nəzərdən keçirir.

Şərhlər (0)

Şərh yaz