0
Bazar ertəsi
Avq 04

Novxanı qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar saat 12:00-dan etibarən elektrik enerjisinin verilişində fasilə yaranıb.

King.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazilərində 4 avqust tarixində 35 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Şərhlər (0)

Şərh yaz