0
Çərşənbə axşamı
Avq 05

ABŞ və Fransa rəsmiləri Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı baş tutub. Tərəflər Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə ediblər.

King.Az bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinə istinadla xəbər verir.

Bildirilib ki, söhbət zamanı, həmçinin İranın nüvə proqramı, Qəzzada humanitar vəziyyət, Ukraynadakı müharibə və Sudandakı münaqişə ilə bağlı fikir mübadiləsi aparılıb.

Şərhlər (0)

Şərh yaz