0
Bazar
Avq 10

Türkiyədə yanaşı üç fabrik YANDI

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Türkiyənin Kocaeli vilayətinin Darıca rayonunda sənaye mətbəx avadanlığı istehsal edən fabrikdə yanğın baş verib.

King.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Alov qısa müddətdə bitişik bəzək əşyaları istehsal edən fabrikə və boya sexinə keçib

Üç yanaşı fabrikə yayılan yanğın çətinliklə söndürülüb. Bir yanğınsöndürən tüstüdən zəhərlənərək Darıca Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Şərhlər (0)

Şərh yaz