0
Şənbə
Avq 23

ABŞ-də zavodda partlayış və güclü yanğın baş verib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin Luiziana ştatında yerləşən "Smitty's Supply" yağ və sürtkü materiallarının istehsalı zavodunda partlayış baş verib.

King.Az bu barədə NBC telekanalına istinadla xəbər verir.

Partlayışdan sonra yanğın olub. Zavodda təxliyə başlanılıb, ardınca müəssisənin bilavasitə yaxınlığında və bir mil (təxminən 1.6 km) radius zonasında yaşayan insanların məcburi təxliyəsi elan edilib.

Xəsarət alanlar və onların sayı barədə məlumat verilmir.

Hazırda partlayışın səbəbləri məlum deyil, yanğın söndürülməyib.

Şərhlər (0)

Şərh yaz