Birinci vitse-prezident Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyət spektri əksər sahələri əhatə edir. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında da onun misilsiz xidmətləri var.
Birinci vitse-prezident Mehriban Əliyeva müasirlik, humanizm və xeyirxahlıq, birlik və bərabərlik prinsiplərini əsas tutan müstəqil Azərbaycanın ən görkəmli ictimai-siyasi xadimlərindəndir. Bu dəyərlərin formalaşması, Azərbaycan adının dünyada duyulması, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında birinci xanım Mehriban Əliyevanın misilsiz xidmətləri var.
King.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Azərbaycan qadınına verilən dəyər
Bu gün ölkəmizin adı ilə bağlı elə bir sahə yoxdur ki, orada Mehriban Əliyevanın imzası və təşəbbüsü olmasın. Onun ictimai-siyasi fəaliyyət spektri əksər sahələri əhatə edir, hər bir vətəndaşın, sakinin həyatına müsbət mənada təsir göstərir. Tək rəhbəri olduğu Heydər Əliyev Fondunun uzun illər Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rolu xatırlatmaq kifayətdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün müasir Qərb və qədim Şərq ənənələrini özündə birləşdirən Azərbaycan qadını obrazını dünyaya tanıdır. Ailəyə, Vətənə, xalqına dərin sevgi və məhəbbətlə, sarsılmaz iradə ilə bağlanan bu obraz Azərbaycan qadınının nə dərəcədə mükəmməl və yüksək keyfiyyətlərə, xarakterə malik olduğunun təcəssümüdür.
Oxşar Mövzular
