0
Bazar
Avq 24

Ermənistanın yüzlərlə yük maşını Rusiyaya buraxılmayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ermənistan parlamentinin deputatı Qarnik Danielyan bildirib ki, Gürcüstandan Rusiyaya kənd təsərrüfatı məhsulları aparan yüzlərlə yük maşını geri - Ermənistana qaytarılıb.

King.Az xəbər verir ki, deputat bu barədə sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm yüklənmiş avtomobillər Yuxarı Lars sərhəd-keçid məntəqəsindən geri qaytarılıb.

Danielyan bildirib ki, sürücülərə səbəb kimi "fitosanitar problemlər" göstərilib.

Deputat əlavə edib ki, təkcə kənd təsərrüfatı məhsulları deyil, digər yüklər, xüsusilə də tikinti materialları da ciddi yoxlamalara məruz qalır.

Şərhlər (0)

Şərh yaz