0
Bazar
Avq 24

Maduro ABŞ-nin müdaxilə təhlükəsinə cavab olaraq səfərbərlik barədə danışıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin mümkün müdaxilə təhlükəsinə cavab olaraq Bolivar Milli Polisinin səfərbərlik və qəbul kampaniyasını müsbət qiymətləndirib.

King.Az xəbər verir ki, Maduro bu barədə "Venezolana de Televisión" telekanalında çıxışında bildirib.

Onun sözlərinə görə, bu gün müdafiə sistemində xalqın, hərbi və polis qüvvələrinin dinamik şəkildə yenidən təşkilinə uğurlu başlanğıc qoyulub.

Maduro vurğulayıb ki, avqustun 24-də ölkə üzrə davam edəcək ehtiyatda olanların və yığma qoşun döyüşçülərinin xalq milisinə qəbul prosesi milli suverenliyin müdafiəsində xalqın döyüş ruhunu gücləndirəcək.

Qeyd edək ki, Bolivar Milli Polisinin sıralarının artırılmasından əvvəl onun tərkibində 4,5 milyon üzv olub.

Şərhlər (0)

Şərh yaz