0
Cümə axşamı
Avq 28

Məşhur ABŞ-li alim Ukraynanın "Mirotvorets" məlumat bazasına əlavə edildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-li beynəlxalq əlaqələr üzrə mütəxəssis, Çikaqo Universitetinin professoru Con Mirşaymer Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.

Bu barədə King.Az TASS-a istinadən xəbər verir.

Con Mirşaymer beynəlxalq münasibətlər elmində mühüm nəzəriyyələrdən birinin - hücum realizmi nəzəriyyəsinin banisi hesab olunur, onun əsərləri bütün dünyada tələbələrin tədris proqramına daxil edilir.

Saytda qeyd olunduğu kimi, alimin siyahıya salınmasının səbəbi 2024-cü ilin iyulunda Ukraynada hərbi münaqişənin başlanmasının səbəblərindən birinin NATO və Avropa İttifaqının şərqə doğru genişlənməsi fikri razılaşması olub.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

Şərhlər (0)

Şərh yaz