Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun ilə görüşüb.
King.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, bankın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edilib.
Söhbət zamanı Orta Dəhliz, metro tikintisi, su, yaşıl enerji ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonda strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə dövlətimizin başçısının və bankın prezidentinin iştirakı ilə mübadilə edilib.
Oxşar Mövzular
Türkiyəli atıcı Yusuf Dikeç "muzdlu qatil" imiş
12-01-2025, 16:57
İsrail müharibəyə hazırlaşır: Tehran raket zərbələri endirə bilər
19-02-2026, 13:17Pəncabda kimya zavodunda güclü partlayış baş verib: 14 nəfər həlak olub
21-11-2025, 11:57