Ermənistanda İrəvan məhkəməsi ölkədə hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə təqsirləndirilən Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın həbsdə qalma müddətini daha bir ay uzadıb.
King.Az bu barədə TASS-a istinadla xəbər verir.
Sentyabrın 2-də keçirilmiş məhkəmə iclasında prokuror həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə qərarını arxiyepiskopun bu hərəkəti yenidən törətmək riskinin olması ilə əsaslandırıb. Hakim iş üzrə növbəti iclası sentyabrın 15-nə təyin edib.
Xatırladaq ki, iyunun 26-da Ermənistan Baş Prokurorluğu arxiyepiskopa qarşı konstitusiya quruluşunun devrilməsinə çağırış ittihamı ilə cinayət işi açıb. O, iyunun 27-də həbs edilib, iyunun 28-də isə ümumi yurisdiksiya məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar Mövzular

Gündəlik Bürclər-(18.09.2025)
18-09-2025, 00:00
Kreml Zelenskini Putinlə danışıqlar üçün Moskvaya dəvət edib
28-01-2026, 21:04"SpaceX" yeni internet peyklərini orbitə çıxarıb
19-02-2025, 13:59