0
Çərşənbə
Sen 03

Məşhur rusiyalı müğənni Mixail Şufutinski Ukraynanın "Mirotvorets" məlumat bazasına daxil edildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiya Federasiyasının Əməkdar artisti Mixail Şufutinski Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.

King.Az-ın xəbərinə görə, TASS nəşri resursun məlumatları ilə tanış olub.

Məlumata görə, Şufutinski 2017-ci ildə Krıma səfər etdiyi üçün bazaya daxil edilib. 2023-cü ilin yanvarında Volodimir Zelenski, həmçinin ona qarşı sanksiyalar da tətbiq edib.

Mixail Şufutinski karyerası ərzində 30-a yaxın solo albom buraxıb. Onun vizit kartı isə "Sentyabrın üçü" mahnısıdır.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

Şərhlər (0)

Şərh yaz