Xalq artisti Hacı Murad Yagizarovun nəşi sabah Almaniyadan Azərbaycana gətiriləcək.
King.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xalq artistinin nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah - 16 sentyabr 2025-ci il tarixində Vətənə gətiriləcək.
Onun cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.
Xalq artisti ilə vida mərasimi Təzəpir məscidində keçiriləcək. Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Hacı Murad Yagizarov uzun illər ərzində Azərbaycan teatr və kino sənətində silinməz izlər qoyub, yaratdığı obrazlarla milli səhnə mədəniyyətimizin inkişafına töhfə verib. Onun zəngin yaradıcılığı, yüksək peşəkarlığı və sənətə bağlılığı aktyor nəsilləri üçün nümunə olaraq daim xatırlanacaq.
Oxşar Mövzular

Bəzi yerlərdə dörd gün intensiv YAĞIŞ, QAR YAĞACAQ
26-03-2026, 15:38
Qara dənizin Türkiyə sahillərində üç tanker dron hücumuna məruz qalıb
28-05-2026, 15:37